Taekvondoçularımız olimpiadadan kənar qala bilər!

12 Oktyabr 2019 23:52 Cüdo 666
Taekvondoçularımız olimpiadadan kənar qala bilər!

Azərbaycanın taekvondoçuları “Tokio-2020” Yay Olimpiya Oyunlarından kənarda qalmaq təhlükəsi ilə üzləşiblər. Yığmamızın aparıcı üzvlərindən Radik İsayev, qadınlardan isə Patimat Abakarovla Fəridə Əzizova yeni reytinq cədvəlində xeyli geriləyiblər.

Sportinfo.az xəbər verir ki, yalnız 80 kq-da yarışan ikiqat dünya çempionumuz Milad Beiqi Harçeqaninin göstəriciləri ümidvericidir.

+80 kq-da mübarizə aparan olimpiya çempionumuz Radik İsayevin vəziyyəti qənaətbəxş sayıla bilməz. Harçeqani artıq bir neçə ildir reytinqdə ilk “3-lük”də qərarlaşır. O, Yaponiyada keçirilən Qran-Pri yarışında hazırkı olimpiya çempionu Şeyx Sallah Sisseyə qalib gəlməklə hətta sıralamada ikinci pilləyə də yüksəlib.

Reytinq cədvəlində hazırda 8-ci olan Radikin “Tokio-2020”yə vəsiqə qazanacağı inandırıcı görünsə də, son zamanlardakı qeyri-sabitliyi bəzi şübhələrə yol açır. Taekvondoçumuzun çıxış yolu dekabrda Moskvada keçiriləcək Qran Pri finalı, və ya qitə lisenziyalı turnirdir. Düzdür, İsayev Tokio olimpiadasına “Grand Slam” yarışını qazanmaqla da yollana bilər.

Qadın taekvondoçularımızın bugünə olan vəziyyəti - Patimat Abakarova (49kq) ilə Fəridə Əzizova (67 kq) heç ilk “16-lığ”a da düşməyiblər.

Reytinq cədvəlinə uyğun olaraq, ilk “5-lik”qə qərarlaşanlar olimpiadada çıxış etmək imkanı qazanacaqlar. Bundan məhrum olanlar isə vəsiqəni qitə lisenziya turnirləri və Qran-pri yarışlarında yüksək yer tutmaqla təmin etməlidirlər.

Digər Xəbərlər
Xəbər Lenti