Ermənini udan cüdoçumuz DÇ-də gümüş medal qazandı

26 Sentyabr 2019 18:27 Cüdo 769
Ermənini udan cüdoçumuz DÇ-də gümüş medal qazandı

Azərbaycan cüdoçusu Kamran Süleymanov (60 kq) Qazaxıstanın Almatı şəhərində davam edən yeniyetmələr arasında dünya çempionatında milli komandamıza ilk medalı qazandırıb.

Sportinfo.az xəbər verir ki, mübarizəyə 1/32 finaldan başlayan idmançımız əvvəlcə braziliyalı Felipe Limanı məğlub edib.

Sonra ardıcıl olaraq ukraynalı Vladislav Kazimirov, ermənistanlı Styopa Darbinyan, qazaxıstanlı Marlen Adilə qalib gələn cüdoçumuz yarımfinalda qırğızıstanlı Çingizxan Saqinaliyevdən üstün olub. Süleymanov həlledici qarşılaşmada yaponiyalı Keiji Tsujioka ilə uduzaraq gümüş medalla kifayətlənib.

60 kq-da yarışan digər cüdoçumuz Turan Bayramov italiyalı Simone Aversa, monqolustanlı Bulqantamir Davadorju üstələyərək 1/4 finala çıxsa da, qazaxıstanlı Nursultan Zaizaqaliyevə qalib gələ bilməyib. Təsəlliverici görüşdə kiprli Georgios Balarjişvilini mübarizədən kənarlaşdıran Turan bürünc medal uğrunda döyüşdə qırğızıstanlı Çingizxan Saqinaliyevə uduzub.

Dünya çempionatında ölkəmizi 18 cüdoçu təmsil edir: Oğlanların yarışında İsmayıl Qənbərli (50 kq), Nicat Məmmədli, Şükran Zamanlı (hər ikisi 55 kq), Turan Bayramov, Kamran Süleymanov (hər ikisi 60 kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq) və Hüseyn Məmmədov (+90 kq), qızların mübarizəsində isə Nigar Şəmməmmədova (40 kq), Könül Əliyeva, Gülşən Bəşirova (hər ikisi 44 kq), Səbinə Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Aytac Əliyeva (63 kq) və Nərmin Əmirli (+70 kq).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti