13 paracüdoçumuz Özbəkistanda

23 Sentyabr 2019 22:45 Cüdo 438
13 paracüdoçumuz Özbəkistanda

Özbəkistanın paytaxtı Daşkənddə paracüdo üzrə Qran-Pri yarışları başlayıb.

Sportinfo.az xəbər verir ki, turnirdə Azərbaycan millisi mübarizə aparır.

Kişilərin yarışında ölkəmizi Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Əbdülxanlı (100 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) təmsil edirlər.

Qadınların mübarizəsində isə Şahanə Hacıyeva (48 kq), Bəsti Səfərova, Səbinə Abdullayeva (hər ikisi 52 kq), Afaq Sultanova, Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Zülfiyyə Hüseynova (70 kq) birincilik uğrunda yarışırlar.

Digər Xəbərlər
Xəbər Lenti