Çüdoçumuz yenə finalda məğlub oldu - İKİNCİ GÜMÜŞ

22 Sentyabr 2019 19:00 Cüdo 743
Çüdoçumuz yenə finalda məğlub oldu - İKİNCİ GÜMÜŞ

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran-Pri yarışı davam edir.

Sportinfo.az xəbər verir ki, turnirin sonuncu günündə 5 Azərbaycan cüdoçusu tatami üzərinə çıxıb.

90 kq-da mübarizə aparan Tural Səfquliyev hindistanlı Devilal Mistri və çinli Yadonq Ksieyə qalib gəlsə də, 1/8 finalda slovakiyalı Peter Zilkeyə uduzub. Bu çəkidə yarışdan digər idmançımız Aliumar Tumayev isə elə startdaca özbəkistanlı Müzəffərbəy Turobaevə məğlub olub.

Azərbaycanı 100 kq-da təmsil edən Zelim Kotsoyev isə komanda yoldaşlarından fərqli olaraq uğurla çıxış edir. O, ilk görüşdə ukraynalı Danil Qutsol, daha sonra amerikalı Lyuis Smit və belarus cüdoçusu Daniel Muketeyə qalib gələrək adını finala yazdırıb. Lakin Kotsoyev həlledici qarşılaşmada rusiyalı Kazbek Zankişiyevlə bacara bilməyib.

Superağır çəkidə yarışan Uşangi Kokauri (+100) ilk görüşdə avstriyalı Daniel Allerstorferi üstələsə də, qırğızıstanlı Bekbolot Toktoqonovla dueldən məğlub ayrılıb. Bu çəkidəki digər idmançımız Şahin Qəhrəmanov isə əvvəlcə qazaxıstanlı Alimcan Krikbekə qalib gəlib, sonra avstriyalı Ştefan Hegiyə uduzub.

"Tokio-2020" olimpiadasına lisenziya xalı verən Qran-Pridə geridə qalan 2 yarış günündən sonra Azərbaycanın aktivində yalnız bir medal var. 48 kq-da mübarizə aparan Leyla Əliyeva da dünən finalda uduzaraq gümüş medal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti