Cüdoçularımızdan növbəti uğursuzluq

21 Sentyabr 2019 13:01 Cüdo 715
Cüdoçularımızdan növbəti uğursuzluq

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri turniri davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha iki cüdoçumuz tatami üzərinə çıxıb.

81 kq çəki dərəcəsində mübarizə aparan hər iki idmançımız - Fəqan Quluzadə və Rüfət İsmayılov ilk görüşdə məğlub olaraq turnirlə vidalaşıblar. Quluzadə misirli Abdelrahman Məhəmmədə, İsmayılov isə Rusiya təmsilçisi Abas Əzizova uduzub.

Yarışın ilk günündə Leylа Əliyeva (48 kq) gümüş medal qazanıb. Qran-Pri turnirinə sentyabrın 22-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı