DÇ-2019: Cüdoçularımız komanda yarışında medalsız qaldı

1 Sentyabr 2019 15:25 Cüdo 931
DÇ-2019: Cüdoçularımız komanda yarışında medalsız qaldı

Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən cüdo üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, bu gün mundialda komanda yarışları keçirilib.

Yığmamız 1/8 finalda Avropa çempionu Portuqaliya yığması ilə qarşılaşıb və 4:3 hesablı qələbə qazanıb. 1/4 finalda Braziliyaya 1:4 hesabı ilə uduzan cüdoçularımız təsəlliverici görüşlərə qatılıb və Cənubi Koreyadan üstün olublar - 4:2. Amma cüdoçularımız mükafat uğrunda son görüşdə Rusiyaya 1:4 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb.

Fərdi yarışlarda isə 73 kq çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət heydərov bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq