COP29

Hidayətlə Aişədən saxta profillə bağlı AÇIQLAMA - VİDEO

30 Avqust 2019 17:52 Cüdo 1 114
Hidayətlə Aişədən saxta profillə bağlı AÇIQLAMA - VİDEO

Cüdo yığmamızın üzvləri - Hidayət Heydərovla Aişə Qurbanlı dünən “facebook”da onların adından jurnalistin təhqir olunması ilə bağlı Sportinfo.az saytına açıqlama verib.

Hazırda Yaponiyanın paytaxtı Tokioda dünya çempionatında olan millimizin hər iki cüdoçusu birmənalı şəkildə o profillərin saxta olduğunu iddia edib, “facebook”dan ümumiyyətlə istifadə etmədiklərini deyiblər.

Aişə Qurbanlı: "Bundan səhər xəbərim oldu, mənə federasiyamızın rəsmisi Elnur Əşrəfoğlu dedi. "Facebook" hesabım yoxdu. Təbii ki, orada yazılanlardan, jurnalistin təhqir olunmasından xəbərsizəm. O səhifəni kimdirsə, başqa adam işlədir. Mənim yalnız "instaqram" hesabım var, dostluğum bağlıdır. Dostluğumda yalnız qohumlar və ailə şəkillərimdi, vəssalam. "Facebook"a saxta profilimə qoyulan o şəkillər heç mənim özümdə də yoxdur. O səhifəni kimin işlətdiyini, təbii ki, maraqlanacam, öyrənəcəm. Ümumiyyətlə, indiyə qədər belə şeylərə baş qoşmamışam, heç bir jurnalistlə problemim olmayıb. Kim nə yazır, kim nə deyir - fikir vermirəm. Başımı aşağı salıb məşqimi edirəm, işimi görürəm”.

Hidayət Heydərov: “Bu xəbərə görə rəhbərlik səhər məni yuxudan oyadıb. Mənim “facebook” profilim yoxdur, yalnız “instaqram”dan istifadə edirəm. “Facebook”dan 5 il qabaq çıxmışam. Elnur Əşrəfoğludan xahiş eləmişəm, inşallah, o saxta profili işlədən adam tapılacaq. “Adidas” məsələsinə gəlincə, artıq onlarla da danışıb xəbərdar eləmişəm ki, feysbuk səhifəm yoxdur, daha məni orda işarələməsinlər. Facebook”da o saxta profil mənim adıma açılıb deyə, şirkət də həmişə tağ edir ki, tanınsın, bilinsin”.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!