Azərbaycanı Avropa çempionatında neçə nəfər təmsil edəcək?

11 Avqust 03:40 Cüdo 265
Azərbaycanı Avropa çempionatında neçə nəfər təmsil edəcək?

Azərbaycan Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatında 13 idmançı ilə təmsil olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Avqustun 13-də startı veriləcək yarış 9 gün davam edəcək.

Məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq), Səfdər Məmmədzadə (+90 kq), Banuçiçək Nəsirli (48 kq), Gülər Hüseynova (51 kq) və Əminə Tağıya (54 kq) şans verəcək.

Emil Qurbanəliyevlə Asif Məmmədov qitə birinciliyinin hakimləri sırasında yer alacaqlar. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi