İki azərbaycanlı məktəbli Qazaxıstandan qızıl gətirdi

11 Avqust 03:20 Cüdo 366
İki azərbaycanlı məktəbli Qazaxıstandan qızıl gətirdi

Azərbaycanın 2 boksçusu Qazaxıstanda məktəblilər (U-15) arasında keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda təşkil olunan yarışda 5 ölkənin idmançıları mübarizə aparıblar.

Turnirə 2 boksçu ilə qatılan Azərbaycan millisinin hər iki üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) bütün rəqiblərini üstələyərək çempion olublar.

Ölkə təmsilçiləri finalda yerli boksçularla görüşü vaxtından əvvəl tam üstünlüklə başa vurublar.

Komandanın çalışdırıcısı Etibar Abdullayev turnirin ən yaxşı məşqçisi seçilib.

Digər Xəbərlər
Xəbər Lenti