Avropa Kubokunun ilk günü millimiz üçün necə yadda qaldı?

6 İyul 03:10 Cüdo 312
Avropa Kubokunun ilk günü millimiz üçün necə yadda qaldı?

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günü Azərbaycan millisi üçün bir medalla yadda qalıb.

Sportinfo.az xəbər verir ki, Əbil Yusubov (-73 kq) finala gedən yolda keçirdiyi beş görüşün hamısından qalib ayrılıb.

Həlledici qarşılaşmada italiyalı Luço Tavolettaya məğlub olan cüdoçumuz yarışı gümüş medalla başa vurub.

Avropa Kubokunun son yarış günündə millimizin daha 15 üzvü tatamiyə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti