Azərbaycan yığması 43 nəfərlə Şamaxıda toplanışa başladı

6 İyul 2022 01:40 Cüdo 417
Azərbaycan yığması 43 nəfərlə Şamaxıda toplanışa başladı

Azərbaycanın cüdo yığması qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədilə yeni təlim-məşq toplanışına başlayıb.

Sportinfo.az xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunmuş hazırlıq prosesinə iyulun 3-də start verilib.

Hazırlığın ilk mərhələsi 14 gün davam edəcək. Toplanışda Azərbaycanın böyüklərdən və gənclərdən ibarət milli komandasının 43 üzvü iştirak edir.

Bu toplanış iyulun 24-dən 30-dək Slovakiyada təşkil olunacaq Avropa Gənclər Olimpiya Festivalına, 9-18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarına, eləcə də 10-13 avqustda Ekvadorda təşkil olunacaq gənclər arasında Dünya Çempionatına hazırlıq məqsədi daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!