Portuqaliyadakı Qran-pridə 5 azərbaycanlı çıxış edəcək

28 Yanvar 2022 00:20 Cüdo 386
Portuqaliyadakı Qran-pridə 5 azərbaycanlı çıxış edəcək

Yanvarın 28-də Portuqaliyanın Almada şəhərində start götürəcək cüdo üzrə Qran-prinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, 3 gün davam edəcək turnirdə Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.

Yarışda Azərbaycanın 12 cüdoçusunun iştirakı nəzərdə tutulsa da, püşkün nəticələrindən də göründüyü kimi, onlardan cəmi 5-i qüvvəsini sınayacaq.

Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) yğmadakı kütləvi yoluxma və peyvənd səbəbindən yarışdan kənarlaşıdırılıb.

Qran-pridə 41 ölkədən 301 idmançı qüvvəsini sınayacaq.

Kişilər

60 kq

1/16 final. Balabəy Ağayev - Bahrom Boturov (Özbəkistan)

1/16 final. Rövşən Əliyev - Allan Kuvabara (Braziliya)

100 kq

1/8 final. Adil Kərimli - Stanislav Bançuk (İsrail)

+100 kq

1/8 final. İmran Yusifov - Kristian Konoval (ABŞ)

1/8 final. Uşanqi Kokauri - Klemen Musumadi (Konqo)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"