Hidayət Heydərov qızıl medal qazandı - Zaqreb Qran-prisi

26 Sentyabr 2021 15:40 Cüdo 623
Hidayət Heydərov qızıl medal qazandı - Zaqreb Qran-prisi

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri davam edir.

yarışa iki idmançı ilə qatılan Azərbaycan millisinin ilk təmsilçisi turnirin ikinci günündə tatami üzərinə çıxıb.

Hidayət Heydərov (73 kq) 1/16 finalda Yonatan Elbaz (İsrail), 1/8 finalda Petru Pelivan (Moldova), 1/4 finalda isə Aleksandru Raykuya (Rumıniya) qalib gəlib.

O, yarımfinalda Maxmadbek Maxmadbekovu (Rusiya) məğlub edib.

Hidayət finalda Viktor Sterpu ilə üz-üzə gəlib. Cüdoçumuz Moldovadan olan rəqibini də üstələyərək qızıl medal qazanıb.

İkinci təmsilçimiz Məmmədəli Mehdiyev (90 kq) bu gün mübarizəyə qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!