Dünya çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə başlayır

9 İyun 2021 12:00 Cüdo 566
Dünya çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Sportinfo.az xəbər verir ki, onların hər ikisi kişilərin yarışında çıxış edəcək.

81 kq çəki dərəcəsindəki Zelim Tkçayev 1/64 final mərhələsində Terense Kouamba (Qabon) ilə görüşəcək.

Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Elliot Konnoli (Yeni Zelandiya) ilə üz-üzə gələcək.

Daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 10-cu yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti