Daha bir cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqədə

7 May 2021 12:20 Cüdo 534
Daha bir cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqədə

Bu gün Azərbaycanın daha bir cüdoçusu Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Sportinfo.az xəbər verir ki, sonuncu yarış günündə 100 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxacaq.

O, 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Marius Fizellə (Slovakiya) üz-üzə gələcək.

Daha əvvəl Azərbaycanın mübarizəyə qoşulmuş 9 cüdoçusundan yalnız Murad Fətiyev (81 kq) medal qazana bilib. Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti