Murad bürünc medal aldı, Tokio-2020-yə lisenziyanı təmin etdi

7 May 10:00 Cüdo 203
Murad bürünc medal aldı, Tokio-2020-yə lisenziyanı təmin etdi

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan milli komandasının 4 üzvü tatami üzərinə çıxacaq.

Onlardan Murad Fətiyev çıxışını medalla bitirib. Cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Kişilər
73 kq

1/32 finaldan mübarizəyə başlayan Nurlan Osmanov yunanıstanlı Georgios Azoidisi yarışdan kənarlaşdırıb. O, ikinci görüşündə Fabio Basileni (İtaliya) sınağa çəkib və yenə tatamidən qalib ayrılıb. Osmanovun 1/8 finalda gürcüstanlı Nuqzar Tatalaşvili ilə münasibətinə aydınlıq gətirib və uduzub.

Rəşad Məmmədəliyev yarışa 1/16 finaldan start verib. Maxmadbek Maxmadbekovla (Rusiya) qarşılaşan idmançı uduzub.

81 kq
Hidayət Heydərov mübarizəyə 1/32 finalda başlayıb. Qırğızıstan təmsilçisi Asad Masabirovu sınağa çəkən həmyerlimiz məğlub olub.

İlk görüşünü 1/16 finalda keçirən Murad Fətiyev qabonlu Terens Kuamba ilə qarşılaşıb. Qələbə qazanan idmançımız 1/8 finalda Həsən Halmurzayevdən (Rusiya) güclü olub. Fətiyev 1/4 finalda digər rusiyalı Aslan Lappinaqov üzərində qələbə qazanmaqla yarımfinala yüksəlib. O, finala vəsiqə üçün macarıstanlı Atilla Unqvari ilə gücünü yoxlayıb. Təəssüf ki, Murad uğurlu seriyasını davam etdirə bilməyib.

Cüdoçumuz bürünc medal görüşündə Yunus Bekmurzayevla (Belarus) qüvvəsini sınayıb və görüşünü qələbə ilə bitirib. Nəticədə aktivinə daha 500 xal yazdıran Fətiyev Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı tam olaraq təmin edib.

Turnirə 10 nəfərlə qatılan millimizin ilk yarış günündə qüvvəsini sınayan 5 idmançısından heç biri mükafat qazanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti