ÇL-də daha bir matç neytral meydanda keçirilə bilər

2 Sentyabr 2020 11:06 Çempionlar Liqası 1 820
ÇL-də daha bir matç neytral meydanda keçirilə bilər

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Dinamo” (Kiyev, Ukrayna) – “Alkmaar” (Niderland) matçı da neytral meydanda keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb Kiyev şəhərində koronavirusla bağlı epidemoloji vəziyyətin gərgin olmasıdır.

Ukraynanın paytaxtında son bir həftədə hər gün 200-dən çox koronavirusa yoluxma faktı qeydə alınır. UEFA məsələni araşdıracaq və qısa zamanda matçın harda keçirilməsiylə bağlı yekun qərar verəcək.

“Dinamo” – “Alkmaar” matçı sentyabrın 16-da keçiriləcək.

ÇL-in 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”la qarşılaşmalı olan Norveç “Molde”si də bu oyunun Bakıda yox, neytral meydanda keçirilməsini istəyir. Hazırda bu oyunla da bağlı UEFA-nın verəcəyi yekun qərar gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"