UEFA rəsmisi: "Hökumət avrokubokları dayandıra bilməz"

30 Aprel 2020 00:14 Çempionlar Liqası 736
UEFA rəsmisi: "Hökumət avrokubokları dayandıra bilməz"

"PSJ və "Lion" Çempionlar Liqasında mübarizələrini davam etdirəcəklər".

Sportinfo.az xəbər verir ki, bunu UEFA İcraiyyə Komitəsinin üzvü Armand Duka İtaliya mətbuatına açıqlamasında Fransada sentyabra qədər futbol yarışlarının ləğv olunmasına münasibət bildirərkən deyib.

Eyni zamanda Albaniya Futbol Federasiyasına başçılıq edən Duka bildirib ki, Fransa hökumətinin qərarı avrokuboklara şamil oluna bilməz: "Fikrimcə, bu qərar Çempionlar Liqasındakı rəqabətə təsir göstərə bilməz. Fransa hökuməti avrokubokları deyil, yalnız öz çempionatını dayandıra bilər".

Fransanın baş naziri Eduar Filipp ölkədə bütün kütləvi idman tədbirlərinin, eyni zamanda Liqa 1 və Liqa 2-də cari mövsümün ləğv olunduğunu açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti