 
            Dünyada geniş yayılan koronavirus epidemiyasına görə İspaniyada keçiriləcək avrokubok matçları azarkeşsiz oynanıla bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək “Barselona” – “Napoli” və “Valensiya” – “Atalanta” oyunları, eləcə də, Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Sevilya” – “Roma” və “Xetafe” – “İnter” görüşləri azarkeşsiz oynanıla bilər.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            