Antidopinq qaydalarını pozdu və cəzalandırıldı - Azərbaycan ağırlıqqaldıranı

3 Sentyabr 03:50 Hadisə 182
Antidopinq qaydalarını pozdu və cəzalandırıldı - Azərbaycan ağırlıqqaldıranı

Azərbaycan ağırlıqqaldıranı Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.

İdmançının nümunəsində anabolik androgenik steroidlər (AAS)/metribolone aşkarlanıb.

F.İmanovanın cəzası 2026-cı il mayın 15-dən qüvvəyə minib. Sanksiyanın müddəti 2029-cu il mayın 14-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM