Bu gün I Liqada 2026/27-ci il mövsümü start götürəcək.
Sportinfo.az xəbər verir ki, açılış turunun ilk günündə 3 matç keçiriləcək.
MOİK "Şahdağ Qusar"la, "Bakı Sportinq" "Karvan-Yevlax"la, "Xankəndi" isə "Səbail"lə üz-üzə gələcək.
Hər üç oyun saat 17:00-da başlayacaq
MOİK – “Şahdağ Qusar”
Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Binə qəsəbə stadionu
“Baku Sportinq” – “Karvan-Yevlax”
Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“Baku Sportinq Arena”
“Xankəndi” – “Səbail”
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Novruz Əzimov
Şamaxı OİK stadionu
