“Şimal”ın ev oyunlarını keçirəcəyi stadion məlum olub.
Sportinfo.az xəbər verir ki, Xaçmaz təmsilçisi rəqiblərini Şamaxıda qəbul edəcək.
Bu barədə I Liqada mübarizə aparan klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın ev oyunları Şamaxı Olimpiya Mərkəzinin stadionunda keçiriləcək. Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu liqa üçün əlverişsiz hesab olunduğundan, bu addım atılıb.
Komanda I Liqanın ilk turunda sentyabrın 4-də “Gəncəbasar”ı qəbul edəcək.
Şamaxıdakı əsas stadionda Misli Premyer Liqa təmsilçiləri “Şamaxı” və “Araz-Naxçıvan” ev oyunlarını keçirir.

