“Qarabağ”ın müdafiəçisini əməliyyat edən həkim deyir ki... FOTOLAR

13:20 Qarabağ 172
“Qarabağ”ın müdafiəçisini əməliyyat edən həkim deyir ki... FOTOLAR

İdman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen aralarında Usman Dembele, Mark-Andre ter Stegen kimi məşhur oyunçuların da yer aldığı oyunçuları əməliyyat etməklə tanınır.

Sportinfo.az xəbər verir ki, bu dəfə onun pasiyentləri sırasına “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev də düşüb.

Dünən Lasse Lempainen Elvini əməliyyat edib. O, sosial şəbəkə hesabında paylaşımında Azərbaycan millisinin üzvünün Finlandiyanın Turku şəhərində keçirdiyi əməliyyatın uğurlu olduğunu bildirib.

Lasse Lempainen ciddi arxa bud əzələsi zədəsi səbəbindən əməliyyat olunan Cəfərquliyevin bundan sonra xüsusi plan əsasında reabilitasiya prosesinə başlayacağını qeyd edib:

“Əməliyyat çox yaxşı keçdi. İndi meydana qayıdış üçün diqqətlə planlaşdırılmış reabilitasiya başlayır.

Elvinə etimadına, “Qarabağ”a və klubun tibbi heyətinə isə bütün proses ərzində peşəkar əməkdaşlığa görə təşəkkür edirəm. Reabilitasiyada uğurlar, Elvin. Səni yenidən meydanda görməyi səbirsizliklə gözləyirik”.

Lasse Lempainen Finlandiyanın Turku şəhərində çalışan ortoped-cərrahdır. O, idman ortopediyası, xüsusilə arxa bud əzələsi, budun düz əzələsi, Axilles vətəri və adduktor zədələrinin müalicəsi üzrə ixtisaslaşıb.

Daha öncə "Qarabağ" yaydığı açıqlamada Cəfərquliyevin ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!