Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duran Şotlandiya klubunda daha bir qol vurub.
Sportinfo.az xəbər verir ki, kolumbiyalı hücumçu Şotlandiya Premyer Liqasının 4-cü turunda "Aberdin"in qapısına yol tapıb.
O, 3:0 qalib gəldikləri matçın 14-cü dəqiqəsində baxımlı qolla hesabı açıb.
Bu, Duranın "Seltik"də 7-ci rəsmi oyununda 6-cı qolu olub.
