Ölkəmizdə yeni himayədar tapan kluba FANTASTİK BÜDCƏ ayrıldı!

14:00 I Divizion 381
Ölkəmizdə yeni himayədar tapan kluba FANTASTİK BÜDCƏ ayrıldı!

I Liqanın bu gün start götürəcək yeni mövsümünün ən böyük büdcəli iştirakçısı müəyyənləşib.

Çempionatda mübarizə aparacaq klublar arasında «Səbail»ə çatan yoxdur.

SOCAR-da yüksək post tutan şəxs tərəfindən himayə olunan sabiq «dənizçilər» 2,5 milyon manat büdcəylə yola çıxıb.

Göstərilən məbləğin 2 milyonu əsas komandanın saxlanılmasına ayrılıb. Yerdə qalan vəsait isə klub işçilərinin əməkhaqqı fondunu, eyni zamanda, digər təşkilati xərcləri əhatə edir.

2,5 milyon manat I Liqa üçün fantastik büdcədir. Yarışın keçirildiyi ötən illər ərzində heç bir klubun belə iri «xəzinə»si olmayıb.

Ötən mövsüm I Liqada yarışmış və çempion olaraq Premyer Liqaya vəsiqə qazanmış «Şəfa» onlardan az pul xərcləyib.

Elitaya birbaşa vəsiqə qazanmaq iddiası ilə yola çıxan kollektiv hər qələbəyə görə mükafat alacaq. Onun da məbləği rəqiblərdən asılı olaraq dəyişir.

Belə ki, ortabab və autsayderlərlə görüşlərdə qazanılacaq 3 xalın müqabilində hər futbolçuya 1000 manat ödəniləcək. Yuxarı yerlər uğrunda mübarizə aparanlarla duellərdə isə «ənam» 1500-2000 manat olacaq.

Adıçəkilən klubun təsisçiliyi 300 min manat qarşılığında satılıb. İndi onun gerçəyi SOCAR-da çalışan vəzifəli şəxslir.

Həmin fiqur böyük maddi imkanlara sahibdir. Qubada bir neçə şirkət qurub və məqsədi futbol vasitəsilə özünü geniş ictimaiyyətə tanıtmaq və müsğət reputasiya qazanmaqdır.

Odur ki, «Səbail»ə böyük maliyyə vəsaiti ayırıb və tələbi Premyer Liqaya vəsiqə qazanmaqdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!