Birinci Liqada mübarizə aparan “Gəncəbasar” heyətinə daha bir futbolçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, bölgə klubu Antoni Hunpeni transfer edib.
19 yaşlı müdafiəçi mövsümün sonunadək komandada çıxış edəcək. Hunpe “Qəbələ”dən icarəyə götürülüb.
"Cəbrayıl”ın sahibi dəyişdikdən sonra komandanın adı “Gəncəbasar” olaraq dəyişdirilib.
“Gəncəbasar” daha əvvəl hücumçular İlham Hüseynov və Cavad Kərimov, yarımmüdafiəçilər Samir Məhərrəmli və Nihat Fərəci, müdafiəçi Mahir Həsənovla anlaşıb.
