“Stansiya Sumqayıt” massivində yaşayanlar stadion yaradılmasını istəyirlər - VİDEO

02:50 Hadisə 49
“Stansiya Sumqayıt” massivində yaşayanlar stadion yaradılmasını istəyirlər - VİDEO

“Stansiya Sumqayıt” massivində yaşayan uşaqlar futbol oynamaq üçün stadion yaradılmasını istəyirlər.

Sportinfo.az sumqayit24.az-a istinadən xəbər verir ki, Şəfəq qəsəbəsi, şəhid Kənan Allahverdiyev küçəsində uşaqların futbol oynaması və asudə vaxtlarını səmərəli keçirməsi üçün uyğun idman meydançası yoxdur.

Balaca futbolsevərlər qeyd ediblər ki, hazırda öz imkanları ilə ağaclardan futbol qapıları düzəldərək həmin ərazidə məşq edir və oyunlar keçirirlər.

Sakinlərin sözlərinə görə, ərazidə sadə şəraitin yaradılması belə uşaqların asudə vaxtlarını daha səmərəli keçirməsinə və idmana marağının artmasına imkan verər.

Bir sözlə, vətəndaşlar müvafiq qurumlardan əraziyə baxış keçirilməsini və ərazidə idman meydançısının təşkil edilməsini xahiş edirlər.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!