“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager komandanın bu mövsümkü çıxışını sərt tənqid edib.
Sportinfo.az xəbər verir ki, “CBS Sport” efirində danışan Karrager,Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Qalatasaray”a 0:1 hesabı ilə uduzulan matçdan sonra vəziyyəti belə dəyərləndirib:
“Bu komanda mövsümdə lazım olan səviyyədən milyonlarla mil uzaqdadır. Bu mövsüm haqqında danışanda “Bayern”dən bəhs etdiyimiz kimi danışmalı idik.
“Liverpul” üçün bu uduzmaq yalnız nəticə məsələsi deyil, komandanın oyununun özü də ciddi narahatlıq doğurur.
Mən “Qalatasaray”ın böyük bir komanda olduğunu düşünmürəm. Bu, “Liverpul”un məğlub etməsi lazım olan bir komandadır.
Yayda 400 milyon funt-sterlinqdən çox xərcləməklə məqsəd növbəti addımı atmaq, Premyer Liqa çempionluğundan sonra Çempionlar Liqasını qazanmaq idi”.
Karrager əlavə edib ki, komandanın vəziyyətini dəyişmək üçün yeni baş məşqçi gətirilsə də, bu, radikal dəyişiklik gətirməyəcək:
“Komandanın heyəti, formalaşma tərzi və bəzi mövqelərdə seçimlərin azlığı böyük problemdir. Sadəcə, baş məşqçi deyil, komandanın strukturu da əsas məsələdir.
“Liverpul” hazırda matçları tam nəzarətdə saxlaya bilmir və gələcəkdə PSJ ilə qarşılaşsa, uğura zəmanət yoxdur”.

