Beşillik yeni müqavilə imzaladılar, maaşını artırdılar - Premyer Liqa təmsilçisində

1 May 15:20 İngiltərə 672
Beşillik yeni müqavilə imzaladılar, maaşını artırdılar - Premyer Liqa təmsilçisində

“Mançester Yunayted” yarımmüdafiəçisi Kobbi Mainu ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu yeni müqaviləyə imza atıb və anlaşmanın müddəti 2031-ci ilin ortalarına qədər nəzərdə tutulub.

Yeni müqavilədən sonra ingiltərəli futbolçunun maaşı da artacaq.

Mainu “Mançester Yunayted”in yetirməsidir. O, əsas komandada keçirdiyi 98 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Onun komandası növbəti oyununu Premyer Liqanın 35-ci turunda, mayın 3-də öz meydanında “Liverpul”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?