“Barselona”nın bir neçə oyunundan kənarlaşdıra bilər - Verdiyi açıqlamalara görə

“Barselona”nın bir neçə oyunundan kənarlaşdıra bilər - Verdiyi açıqlamalara görə

“Barselona”nın hücumçusu Rafinya Dias Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko”ya məğlub olduqdan sonra verdiyi açıqlamalara görə cəzalandırıla bilər.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu “Barselona”nın haqsızlığa uğradığını və “soyulduğunu” iddia edib.

UEFA 28 yaşlı futbolçunu gələn mövsüm “Barselona”nın bir neçə oyunundan kənarlaşdıra bilər.

İki oyunun nəticəsində 2:3 hesabı ilə uduzan “Barselona” turnirdə mübarizəni dayandırıb. “Atletiko” yarımfinalda bu gün keçiriləcək “Arsenal” – “Sportinq” cütünün qalibi ilə qarşılaşacaq. “Topçular” ilk oyunda səfərdə 1:0 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…