Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Arsenal” doğma meydanda Portuqaliyanın “Sportinq” klubunu qəbul edib.
Sportinfo.az xəbər verir ki, Londonda keçirilən gərgin qarşılaşmada tərəflər qapılara yol tapa bilməyiblər.
Matçın 0:0 hesablı bərabərliklə başa çatmasına baxmayaraq, yarımfinala vəsiqə qazanan tərəf “topçular” olub.
Belə ki, Lissabonda baş tutan ilk oyunda “Arsenal”ın vurduğu yeganə qol (1:0) London klubuna iki oyunun nəticəsinə görə üstünlük qazandırıb.
Bununla da turnirin ən iddialı komandalarından olan “Arsenal” adını yarımfinala yazdırıb. London təmsilçisinin bu mərhələdəki rəqibi isə İspaniyanın “Atletiko Madrid” klubu olacaq.

