"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O, "Baku Open" turnirinin böyük tarixinin olduğunu bildirib:
"Yarışın başlanğıcı 1990-cı illərə təsadüf edir. Son illərdə beynəlxalq şahmat festivalına çevrilib.
Bu formatda dördüncü belə turniri təşkil edirik. Hazırda ötən illərə nisbətən rekord sayta iştirakçı qeydə alınıb.
15 fərqli ölkədən qonaqlar gəlib. "Baku Open" Azərbaycan Şahmat Turunun birinci mərhələsi kimi qəbul olunub. Bundan sonra bölgələrdə yarışlar baş tutacaq. Şahmatçılara uğurlar arzulayıram".
Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.
Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.

