“Barselona” bu oyunla Çempionlar Liqasını heç vaxt qazana bilməz”

“Barselona” bu oyunla Çempionlar Liqasını heç vaxt qazana bilməz”

“Uotford”un keçmiş hücumçusu Troy Dini “Barselona”nın Hans-Diter Flikin rəhbərliyi altında UEFA Çempionlar Liqasını qazana bilməyəcəyini deyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu “Barselona”nın oyun üslubunu sərt tənqid edərək, müdafiədə həddindən artıq risk alındığını vurğulayıb:

“Onlar bu cür oyunla Çempionlar Liqasını heç vaxt qazana bilməzlər. Bu sistem müdafiədə çox risk yaradır və rəqiblərə həddindən artıq şans verir.

Bu səviyyədə belə oynamaq olmaz. Çempionlar Liqası bu cür futbolu qəbul etmir”.

“Barselona” 1/4 final mərhələsində “Atletiko”ya iki oyunun cəmində 2:3 hesabı ilə uduzaraq, turnirdə mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti