“Prezident Kuboku-2026”da ilk qızıl medalı qazandıq - FOTOLAR

04:20 Digər növlər 53
“Prezident Kuboku-2026”da ilk qızıl medalı qazandıq - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış günü “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.

Sportinfo.az xəbər verir ki, idmançılarımız turnirin ikinci günündə 1 qızıl, 1 gümüş, 2 bürünc olmaqla 4 medala layiq görülüblər.

Akademik avarçəkmədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 1500 metr məsafəyə yürüşdə Azər İlyasov birnəfərlik qayıqda qızıl medala sahib olub.

Birnəfərlik kayakda 500 metr məsafədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə gümüş medal qazanıb.

Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütü ikinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində üçüncü olub.

Niyaz Məlikov - İvan Vorobjanski 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində ikinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Prezident Kuboku 2026” reqatasına mayın 1-də yekun vurulacaq.











Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!