Mövsümü titulsuz bitirəcəklər - Transferlərə 500 milyon avro xərcləsələr də

Mövsümü titulsuz bitirəcəklər - Transferlərə 500 milyon avro xərcləsələr də

“Liverpul” 2025/26 mövsümünü böyük transfer xərclərinə baxmayaraq, heç bir titul qazana bilmədən başa vuracaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi yay transfer pəncərəsində ümumilikdə 546 milyon avro xərcləyərək, klub tarixinin rekordunu yeniləyib.

Yayda komandanın heyətinə Aleksander İsak (145 milyon avro), Florian Virts (125 milyon avro), Huqo Ekitike (95 milyon avro), Jeremi Cakvit (64 milyon avro), Miloş Kerkez (47 milyon avro), Ceremi Frimponq (40 milyon avro) və Covanni Leoni (31 milyon avro) kimi futbolçular qatılıb.

Bununla belə, klub mövsüm ərzində ciddi uğursuzluqlar yaşayıb.

“Liverpul” artıq İngiltərə superkubokunda mübarizəni dayandırıb, ölkə kuboklarından, həm də UEFA Çempionlar Liqasından kənarlaşıb. Premyer Liqada isə çempionluq şansı yalnız riyazi olaraq qalıb.

“Qırmızılar” son olaraq UEFA Çempionlar Liqasının 1/4 finalında PSJ qarşısında hər iki oyunda məğlub (iki oyunun cəmində 0:4) olaraq, turnirlə vidalaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti