"Barselona" yarımfinala vəsiqə qazana bilməyəcək? - ÇL-də bu gecə

"Barselona" yarımfinala vəsiqə qazana bilməyəcək? - ÇL-də bu gecə

Bu gün Çempionlar Liqasında ilk yarımfimalçıların adına aydınlıq gələcək.

Sportinfo.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində 2 matç keçiriləcək.

Belə ki, bu günə nəhənglərin duelləri nəzərdə tutulub. "Atletiko" 1 həftə əvvəl 2:0 hesabı ilə qalib gəldiyi "Barselona"nı qəbul edəcək.

Cütün qalibi yarımfinalda "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) duelinin üstün tərəfi ilə üz-üzə gələcək.

İngiltərədə "Liverpul" isə ötən həftə uduzduğu PSJ-ni sınağa çəkəcək. Bu cütün qalibi 1/2 finalda "Bavariya" (Almaniya) - "Real" (İspaniya) cütünün güclüsü ilə qarşılaşacaq.

1/4-in digər iki cavab görüşü sabah baş tutacaq.

23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 0:2

23:00. "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya)

İlk oyun - 2:0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti