“Bütün hakimlər dəli olub - Allaha and olsun, bu, biabırçılıqdır!” - VİDEO

10:20 Dünya futbolu 89
“Bütün hakimlər dəli olub - Allaha and olsun, bu, biabırçılıqdır!” - VİDEO

Səudiyyə Ərəbistanı Liqasının 30-cu turunun “Əl-Nəsr” - “Əl-Əhli” görüşü (2:0) qalmaqalla yadda qalıb.

Sportinfo.az xəbər verir ki, qonaqların türkiyali müdafiəçisi Merih Demiral matçdan sonra rəqib futbolçu Kinqsli Komana hücum çəkib.

Buna səbəb isə fransalı vingerin oyunun gedişində Merihi zədələməsidir. Final fitindən sonra isə o, “Əl-Nəsr”in kapitanı Kriştianu Ronaldoya etiraz edib. Daha sonra Komana hücum çəkib. Digər futbolçular aranı sakitləşdirə bilib.

Açıqlama verən Merih hakimlərin “Əl-Nəsr”ə kömək etdiyini bildirib: “Bütün hakimlər dəli olub. Ayağıma baxın və görün rəqib məni nə hala salıb.

O, az qala ayağımı sındıracaqdı. Hakimlər “Əl-Nəsr”in qalib gəlməsinə kömək edirlər. Allaha and olsun, bu, biabırçılıqdır!”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!