FİFA prezidenti Canni İnfantino İran milli komandasının 2026-cı il dünya çempionatında mütləq iştirak edəcəyini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, İnfantino təşkilatın konqresində danışıb.
“Əlbəttə, İran millisi də iştirak edəcək. Komanda ABŞ-də oynayacaq. Səbəb çox sadədir: biz insanları birləşdirməliyik. Bu mənim məsuliyyətimdir, bu bizim məsuliyyətimizdir”, - İnfantino bildirib.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Mart ayında ABŞ Prezidenti Donald Tramp İranın 2026-cı il dünya çempionatında iştirakının yersiz olduğunu bəyan edib.

