Premyer Liqa klubunun hədəfindədir - İcarədəki forvard

1 May 01:30 İngiltərə 622
Premyer Liqa klubunun hədəfindədir - İcarədəki forvard

“Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən Markus Reşforda maraq göstərən klubların sayı artmaqda davam edir.

İngiltərəli hücumçu böyük ehtimalla, Kataloniya klubunda qalmayacaq – ispanların onun transfer hüququnu aktivləşdirməsi gözlənilmir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı oyunçunun vəziyyətini yaxından izləyən klublardan biri “Aston Villa”dır.

Bildirilir ki, komandanın baş məşqçisi Unay Emeri onun transferində şəxsən maraqlıdır.

Reşford daha əvvəl də “Aston Villa”nın formasını geyinib: o, 2024/25 mövsümünün ikinci yarısını bu komandada icarə əsasında keçirib.

Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?