Meydanda iki qol vuran Arda meydandan kənarda “qırmızı” aldı - VİDEO

16 Aprel 12:00 Çempionlar Liqası 361
Meydanda iki qol vuran Arda meydandan kənarda “qırmızı” aldı - VİDEO

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real” səfərdə “Bavariya”ya məğlub olaraq turnirlə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, Münxendə keçirilən gərgin qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun ən çox müzakirə edilən siması isə Madrid klubunun gənc ulduzu Arda Gülər olub.

Matçda dubl edərək komandasını sona qədər mübarizədə saxlayan Arda qarşılaşmanın final fitindən sonra hakimə kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

İki oyunun nəticəsinə görə rəqibini üstələyən “Bavariya” yarımfinala yüksəlib. Almaniya təmsilçisi bu mərhələdə Fransanın PSJ klubu ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti