Azərbaycanda klub öz futbolçularının “alver” etməsindən şübhələnir – SON DƏQİQƏ

09:40 Qalmaqal 223
Azərbaycanda klub öz futbolçularının “alver” etməsindən şübhələnir – SON DƏQİQƏ

I Liqanın əbədi iştirakçılarından «Zaqatala» AFFA-ya müraciət edib.

Aşağı dəstədə 11-ci mövsümünü keçirən region klubu bəzi futbolçularından şübhələnir.

Rüstəm Məmmədovun çalışdırdığı «yaşıllar»ın şübhəlilər siyahısına bir neçə nəfər daxildir.

Burada həm yerlilər, həm də legionerlər daxildir. Bölgə mənsubu bu məsələdə federasiyadan kömək istəyib. Ki, təcili araşdırma aparılsın.

«Zaqatala» nəticəsi onlar tərəfindən birmənalı qəbul olunmayan çempionat oyunlarının siyahısını quruma təqdim eləyib. Orada yol verilən fərdi kobud səhvlərin üzərində dayanılıb.

«Zaqatala» rəhbərliyi bu qənaətdədir ki, komandanın uğursuz mövsüm keçirməsi təsadüfi deyil.

Bəzi oyunçuların biabırçı xətaları üzündən kollektivdə eniş yaşanıb. Başqa sözlə, onlar danışılmış oyunların olması ehtimalı üzərində dayanıblar.

«Zaqatala» 24 turdan sonra turnir cədvəlinin yeddinci pilləsində məskunlaşıb. Mövsüm ərzində 13 dəfə məğlubiyyətlə üzləşmiş «yaşıllar»in aktivində 25 xal var.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!