Futbolçusu ilə dalaşan baş məşqçidən ŞOK İDDİA - Aramızda xain var, ona xəbər ötürürlər!

13:00 Qəbələ 243
Futbolçusu ilə dalaşan baş məşqçidən ŞOK İDDİA - Aramızda xain var, ona xəbər ötürürlər!

Mövsüm sona yaxınlaşdıqca, «Qəbələ» daxilinlə gərginlik artmaqdadır.

Artıq vəziyyətinin nəzarətdən çıxdığını, idarəolunmaz həddə çatdığını deyə bilərik.

Klub rəhbərliyinin hər cür dəstəyinə rəğmən, Kaxaber Sxadadze ondan gözlənilən nəticəni qazanmağa çətinlik çəkir. Acıdil olmasına görə fuutbolçularla heç cür normal münasibət qura bilməyən baş məşqçi yenə aranı qarışdırıb.

Gürcüstanlı çalışdırıcı bu dəfə komanda daxilində «Karanti» axtarışına çıxıb.

Vaxtilə ölkəmizdə «İnter»in (indiki «Şamaxı») sükanı arxasında dayanmış mütəxəssis idarəçilərə müraciət edərək, düşərgədə bəzi xainlərin olduğunu bildirib.

Deyib ki, bəzi futbolçular «Qəbələ»dən kənara xəbər ötürür, qəsdən aranı qarışdırır.

Sxadadze iddia eləyib ki, həmin oyunçular «Kəpəz»in baş məşqçisi Azər Bağırovla kontaktdadır, burada baş verən hadisələr barədə onu məlumatlandırır.

Niyə məhz «Kəpəz» və niyə məhz Bağırov? Gəncə təmsilçisi Premyer Liqada qalmaq yolunda «Qəbələ»nin əsas rəqibidir. Onlar 29 turdan sonra turnir cədvəlində qonşudurlar.

«Sarı-göylər» 21 xalla 10-cu, ondan 1 xal az toplamış «qara-qırmızılar» 11-ci pillədədir. Heç biri I Liqanın ikincisi ilə pley-off oynamaq, beləcə, özünü riskə atmaq, imicini aşağı salmaq istəmir.

«Qəbələ» rəhbərliyi 2024-cü ilin martından bəri görəvdə saxladığı baş məşqçinin iddiasına bir o qədər inanmasa da, hər ehtimala qarşı araşdırmaya başlayıb.

Futbolçularla fərdi söhbətlər aparır, məsələnin kökünə gedib çıxmağa çalışırlar. Başa düşürlər ki, nəzarəti daha da gücləndirməsələr, bundan da pis günlər onları gözləyir.

Turan Manafovla bağlı son olay ciddi siqnaldır. Belə ki, Sxadadzenin məşq əsnasında təhqir etdiyi müdafiəçi ona həm cavab qaytarıb, həm də əl qaldırıb.

Hadisənin motivi budur ki, «qırmızı-qaralar»ın bu ilin yanvarında icarəyə götürdüyü sol cinah oyunçusu baş məşqçiyə fiziki təzyiq göstərib.

Gürcü çalışdırıcı hazırlıq əsnasında verdiyi tapşırığı lazımı səviyyədə icra etməyən oyunçunün ünvanına ağır söyüş işlədib.

Bunu eşidən Manafov mütəxəssisin üzərinə yeriyib. Dava-dalaş komanda üzvlərinin sayəsində tez yatrılıb. Odur ki, rəhbərlik Sxadadzenin raportu əsasında sol cinah oyunçusunu düşərgədən kənarlaşdırıb.

Bu olayın üstündən o, böyük miqdarda cərimələnib. Baş məşqçidən komanda içində üzr istəməsi tələb olunub, razılaşmayıb.

Manafov müqavilə ilə “Stellenboş”a məxsusdur. 27 yaşlı müdafiəçi ötən ilin yayında Cənubi Afrika Respublikasının (CAR) klubu ilə 3 illik kontrakt bağlayıb.

Bu anlaşma 2028-ci ilin iyununa qədər qüvvədədir. U-21 yığmamızın sabiq üzvünun “Qəbələ“ ilə icarə sövdələşməsi iyunadək nəzərdə tutulub.

Əyalət təmsilçisi ona may ayının maaşını ödəyəcək. Manafov istəyrsə, qarşıdakı 1 ayı əvəzedici heyətin sıralarında məşq edərək keçirə bilər.

7000 dollar maaş qarşılığında “qırmızı-qaralar“ın təklifini qəbul etmiş Turan sonuncu dəfə martın 21-də meydana çıxıb.

O, həmin gün Premyer Liqanın 25-ci turu çərçivəsində “Turan Tovuz“la keçirilən səfər matçının 67-ci dəqiqədə Nuğay Rəşidovun əvəzinə yaşıl sahəyə ayaq basıb. Axır dörd turda isə onun adı iştirak ərizəsinə salınmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti