“Bu, hələ son deyil! İşləri düzəltmək üçün daha 90 dəqiqəmiz var”

12 Fevral 22:00 Çempionlar Liqası 391
“Bu, hələ son deyil! İşləri düzəltmək üçün daha 90 dəqiqəmiz var”

“Mançester Siti”nin müdafiəçisi Con Stounz UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Real”la ilk oyundan (2:3) sonra fikirlərini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, cavab oyununda daha yaxşı çıxış edəcəklərinə inanır:

“Bu, hələ son deyil. Pozitiv qalmalıyıq, bunu indi etmək çox çətindir.

Biz daha yaxşı oynamalıyıq. Cavab oyununda özümü ən yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edən ilklərdən biri olacam.

Biz pozitiv qalmalı və gələcəyə baxmalıyıq. İşləri düzəltmək üçün daha 90 dəqiqəmiz var”.

Çempionlar Liqasının pley-off mərhələsinin “Mançester Siti” və “Real” arasında cavab oyunu fevralın 19-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var