“Bavariya” səfərdə, “Real” evdə - Çempionlar Liqasında BU GÜN

9 Aprel 18:20 Çempionlar Liqası 669
“Bavariya” səfərdə, “Real” evdə - Çempionlar Liqasında BU GÜN

Bu gün Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki,ilk gündə iki oyun keçiriləcək.

Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında üz-üzə gələcəklər. “Kral klubu” ÇL-in ən titullu komandasıdırsa, “şəhərlilər” son çempiondur.

Digər qarşılaşma Londonda baş tutacaq “Arsenal” “Bavariya”nı qəbul edəcək. Almaniya klubu favorit sayılsa da, son vaxtlar yaxşı formada olmaması Premyer Liqanın liderini qələbəyə ümidləndirib.

Mərhələnin “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund) və PSJ (Fransa) – “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək.

Cavab matçları aprelin 16-17-də təşkil olunacaq.

9 aprel

23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Fransois Letexye (Fransa).
Madrid, “Santyaqo Bernabeu” stadionu.

23:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
Baş hakim: Qlenn Nuberq (İsveç).
London, “Arsenal” stadionu.

Digər Xəbərlər
Xəbər Lenti