COP29

”O, mənim ailəmi söydü” - ÇL-dəki QALMAQAL BU VİDEODA

13 Mart 15:40 Çempionlar Liqası 517
”O, mənim ailəmi söydü” - ÇL-dəki QALMAQAL BU VİDEODA

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Porto”nun çalışdırıcısı Serxio Konseysaonu təhqir edib.

Sportinfo.az xəbər verir ki, hadisə ötən gün Çempionlar Liqasının 1/8 finalında “Arsenal”ın “Porto”nu penaltilərlə məğlub etdiyi matçdan sonra baş verib.

S. Konseysao yaşanmış xoşagəlməz hadisə və oyunun nəticəsi haqqında danışıb:

“Nəticə ədalətsiz idi. “Porto” qalib gəlməyə layiq idi. Arteta isə ailəmi təhqir etdi. Bunun ispan menecerlərlə əlaqəsi olub-olmadığını bilmirəm, amma o, mənim ailəmi söydü”.

Mikel Arteta isə oyundan sonra keçirilən mətbuat konfransında yalnız “şərh yoxdur” deyərək mövzunu yekunlaşdırıb.

"Porto”nun baş məşqçisi S.Konseysao həmçinin 2021-ci ildə Çempionlar Liqasının matçından sonra “Çelsi”nin baş məşqçisi Tomas Tüheli də onu təhqir etməkdə günahlandırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"