“Mançester Siti” və “Real” nə edəcək? – ÇL-də BU GÜN

6 Mart 18:20 Çempionlar Liqası 283
“Mançester Siti” və “Real” nə edəcək? – ÇL-də BU GÜN

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha iki matç keçiriləcək.

Sportinfo.az xəbər verir ki, günün qarşılaşmaları İngiltərə və İspaniyada baş tutacaq.

Turnirin son qalibi “Mançester Siti” doğma azarkeşləri önündə Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkəcək.

Rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edən “şəhərlilər”in yoluna davam etməməsi möcüzə olar.

ÇL-in ən titullu komandası “Real” da Almaniya “Leyptsiq”i ilə ev matçı öncəsi üstünlüyə malikdir. İspaniya nəhəngi səfərdə qazandığı 1:0 hesablı qələbənin davamını evdə gətirməyə çalışacaq.

Ötən gün “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.

6 mart

00:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
Baş hakim: Espen Eskas (Norveç).
Mançester, “Etihad” stadionu
İlk oyun - 3:1.

00:00. “Real” (İspaniya) – “Leyptsiq” (Almaniya)
Baş hakim: Davide Massa (İtaliya).
Madrid, “Santiaqo Bernabeu”
İlk oyun - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"