"Qarabağ" onu qorxutmur: “Keçə bilməyəcəyimiz rəqib deyil"

26 İyun 2023 00:30 Çempionlar Liqası 1 778
"Qarabağ" onu qorxutmur: “Keçə bilməyəcəyimiz rəqib deyil"

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərindən olan "Rakuv"un (Polşa) Müşahidə Şurasının üzvü Voytsex Tsıqan Ağdam təmsilçisi haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, "Qarabağ"ın əvvəllər avrokuboklarda Polşa klublarına futbol dərsi verməsi düşüncəsi ilə razı olmadığını dilə gətirib:

"Kimsə deyə bilər ki, “Qarabağ” Polşa təmsilçiləri üçün təhlükəli rəqibdir. Amma yarım il əvvəl Türkiyədə bu komanda ilə yoxlama oyununda üz-üzə gəlmək imkanımız oldu və qələbə qazandıq (3:0).

Məntiqi baxımdan bu, Estoniyada oynamaqdan daha böyük problem olacaq. Ancaq ən önəmlisi meydanda nə olduğudur.

“Qarabağ” əlbəttə ki, bizim keçə bilməyəcəyimiz rəqib deyil. Çempionlar Liqasının seçmə mərhələsindəki ilk rəqibə diqqət yetiririk. İndi ən vacib olan budur".

"Qarabağ" 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu keçərsə, 2-ci təsnifatda “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti