Bu gün ÇL-də pley-off mərhələsinin hansı oyunları keçiriləcək?

17 Avqust 2022 12:00 Çempionlar Liqası 768
Bu gün ÇL-də pley-off mərhələsinin hansı oyunları keçiriləcək?

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.

Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.

İsrailin "Makkabi" (Hayfa) klubu Serbiya "Srvena Zvezda"sı ilə, Ukraynanın "Dinamo" (Kiyev) kollektivi isə Portuqaliya "Benfika"sı ilə görüşəcək.

17 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya)

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)

Digər Xəbərlər
Xəbər Lenti