Komanda sayı artırılacaq – RƏSMİ QƏRAR VERİLDİ

20 Aprel 00:42 Çempionlar Liqası 1 009
Komanda sayı artırılacaq – RƏSMİ QƏRAR VERİLDİ

UEFA Çempionlar Liqasında format dəyişikliyini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Yeni reqlamentə əsasən, 2024/2025 mövsümündən komanda sayı 32-dən 36-dək artırılacaq və qrup mərhələsi ləğv olunacaq.

Liqa formatında təşkil olunacaq turnirdə hər klub minimum 10 oyun (5 ev, 5 səfər) keçirə biləcək. İlk səkkiz pillənin sahibi avtomatik olaraq 1/8 finala yüksələcək.

9 - 24-cü sırada yer alan komandalar isə son 8 vəsiqə uğrunda pley-off matçları oynayacaq. Duellər 2 qarşılaşmadan ibarət olacaq.

Əlavə yerlərdən biri UEFA reytinqdə 5-ci olan ölkənin çempionatında üçüncü yeri tutan kluba veriləcək. Daha bir vəsiqəni Çempionlar yolu ilə mərhələ adlayan komanda qazanacaq. Belədə, bu cür vəsiqələrin sayı 4-dən beşə yüksələcək.

Qalan 2 yer Çempionlar Liqasının qrupunda mübarizə aparmayan, lakin avrokubokların təsnifat mərhələsinin iştirakçısı olmuş son 5 ilin ən yüksək reytinqli klubları üçün ayrılıb.

Analoji format dəyişikliyi Avropa Liqası və Konfrans Liqasına da təsir edəcək. Əlavə müzakirə və razılığa əsasən, iki yarışda komanda sayı 36-dək artırıla bilər.

Avrokuboklarda finaladək bütün oyunlar ölkələrin daxili çempionatlarının təqvimi də nəzərə alınmaqla, həftə içi oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti