Azərbaycanın məşhur may-tay boksçusu Zabit Səmədov (Mauqli) İstanbuun “Akın Döyüş Arenası”nda növbəti qarşılaşmasını keçirib. Sportinfo.az xəbər verir ki, həmyerlimiz belçikalı Frederik Sinistra (Tabutçu) ilə qarşılaşıb.
“Mauqli” 2-ci raundda rəqibini məğlub etməyi bacarıb. Ayağından sərt zədə alan “Tabutçu” ləqəbli Frederik Sinistra qarşılaşmaya son vermək məcburiyyətində qalıb.

